İngiltərə Kuboku: “Mançester Siti” növbəti mərhələyə adladı

İngiltərə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, yarışın son finalçısı “Mançester Siti” səfərdə aşağı liqa təmsilçisi “Leyton Orient” ilə görüşüb.

Matçda ilk qol London klubunun hesabına yazılsa da, “şəhərlilər” ikinci hissədə ardıcıl qollarla geridönüş ediblər.

Özbək futbolçu Xusanov komandada qol hesabını açıb, De Brüyne isə qələbə topunun müəllifi olub – 1:2.

Beləliklə də, Qvardiolanın yetirmələri adlarını 1/8 finala yazdırıblar.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More