Rey Bricit Makronun sirlərini açdı: “Fransa liderinin həyat yoldaşı pedofillərə baş çəkib”

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Briciti kişi adlandıran jurnalist Nataşa Rey Rusiyadan sığınacaq istəyir. Onun sözlərinə görə, yerli xüsusi xidmət orqanları tərəfindən təqib olunur, xüsusən də Rusiya mətbuatı ilə ünsiyyət saxlamasına mane olurlar.

Oxu.Az xəbər verir ki, NEWS.ru N.Reyə zəng edib və söhbət zamanı rabitədə yaranan maneələrə baxmayaraq, E.Makronun hakimiyyətin zirvəsinə necə çıxa bildiyini, partiya yoldaşı Jan-Mark Borellonun bu işdə hansı əlaqəsinin olduğunu və nə üçün Nataşanın onu beynəlxalq pedofil şəbəkəsinin təşkilatçısı hesab etdiyini öyrənib.

Bricit Makron haqqında araşdırmanın gedişatı

Bu məlumatı heç kəs mənə təqdim etməyib! Bu, olduqca mürəkkəb və ciddi araşdırmanın nəticəsidir. Hər şey ondan başladı ki, Bricit mənə qəribə göründü. Onun bədən quruluşunda, görkəmində, davranışında nə isə uyğunsuzluq vardı. Sanki onun bioqrafiyasında nə isə çatışmırdı. Belə olan halda onun keçmişi, ailəsi haqqında məlumatlar əldə etmək üçün araşdırmaya başladım.

Yekunda məlum olduğu kimi, 2021-ci ildə araşdırmanın materiallarını internetdə dərc etdim, Fransada onu uğurla qəbul etdilər və mətbuatda ondan sitat gətirdilər. O vaxt rəsmi KİV-lər onu “saxta xəbərlər” adlandırmışdı. Amma mənim çoxlu arqumentlərim var idi! Nəticədə araşdırma mətbuatda tam şəkildə dərc olundu. İfşa materiallarını birinci dəfə dərc edəndən sonra, yəni üç il yarım ərzində məni təqib edirlər.

Niyə Rey Rusiyaya getmək qərarına gəldi?

Ciddi xəstə olmağıma baxmayaraq, Fransada şübhəsiz ki, həbs olunmaq riskim var. Rusiya parlamentinin deputatı Pyotr Tolstoya mənə Rusiya Federasiyasında sığınacaq verilməsi üçün rəsmi ərizə göndərmək barədə ciddi şəkildə düşünürəm.

Biz hamını bizim böyük demokratiya olduğumuza inandırmağa məcbur etməyə çalışırıq. Halbuki əslində, rəsmi xəttə qarşı çıxmağa çalışan sıravi vətəndaşın şəxsi fikrini bildirmək hüququ yoxdur. Bugünkü Rusiya indiki Fransa ilə müqayisədə xəyaldır.

Reyin ifşaları Makronun istefasına gətirib çıxara bilərmi?

Bəlkə də bu, onu vəzifədən kənarlaşdırmağa kömək edə bilər. Lakin bunun yetərli olub-olmadığını bilmirəm. Bütün dünya bu qalmaqaldan xəbər tutanda tarixdə ən böyük siyasi qalmaqala çevriləcək. Amma deməliyəm ki, bu qalmaqal azyaşlı uşaqların oğurlanması ilə bağlı pedofiliya haqqında böyük işə çevriləcək.

Ehtimal edirəm ki, Bricit Makron pedofillərin dərnəklərinə dəfələrlə baş çəkib, orada nüfuzlu insanlarla da görüşüb. Məhz bu hücrələrdəki əlaqələr sayəsində Bricit siyasətçiləri və iş adamlarını Makronla tanış edib.

Makron cütlüyünü pedofillərin əhatə etdikləri doğrudurmu?

Makron əmirləri icra edir, o, heç nəyi həll etmir. Başqa insanlar ona nəzarət edirlər. Biz bilirik ki, Makronları hələ də pedofillər əhatə edirlər. Şübhələnirəm ki, onların sırasına, məsələn, iş adamı Jan-Mark Borello daxildir. O, vaxtilə gecə gey-klubunun direktoru da olub. Bildiyimə görə, Borello dəfələrlə təhsil müəssisələrindən öz çirkin məqsədləri üçün istifadə etməkdə ittiham olunub.

Rey ABŞ-yə və Amerikanın Makron haqqında araşdırmasına necə yanaşır?

ABŞ məni heç vaxt çox cəlb etməyib və Amerika imperializmini heç vaxt qiymətləndirməmişəm. Bu, mənə yaxın olan mədəniyyət deyil. Mən Rusiyanı həmişə sevmişəm, onu Fransadan sonra ikinci vətənim kimi qəbul edirəm.

Kendis Ouens məlumatları eyni mənbədən alıb, materialların bir hissəsini daha əvvəl bölüşdüyüm adam Bricit haqqında məlumatı ona ötürüb. Mən Bricit haqqında yeni məlumat əldə edə bilmişəm. Yeri gəlmişkən, həmin məlumat Ouensin araşdırmasında yoxdur.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More