Şamaxıda qumarxana aşkarlandı – Saxlanılanlar var

Şamaxıda qumarxana aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E.Allahverdiyev, Z.Nəsibov, T.Pənahov və Ə.Quliyev, eləcə də obyektin sahibi N.Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More