Dünyaca məşhur su markası olan “Fiji” şirkətinin qablaşdırılmış sularında insan sağlamlığı üçün təhlükə yarada bilən mikroplastiklər və “bisfenol-A” maddəsi (BPA) olduğu iddia edilir.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində məsələ ilə bağlı məhkəmədə iddia qaldırılıb.
İddia ərizəsində qeyd edilib ki, bu maddələr ürək-damar xəstəliklərinə, xərçəngə, autizmə və hətta ölüm kimi ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən şirkətin reklamlarının dayandırılması tələb olunub.
“Fiji” şirkəti iddiaları qəti surətdə rədd edib:
“İttihamlar əsassızdır və gülünc doğurur. Markanın etibarını qorumaq üçün qanuni tədbirlər görəcəyik”.
Comments are closed, but trackbacks and pingbacks are open.