Amerikalı yüngül atlet Qrant Fişer ABŞ-də keçirilən turnirdə 3 000 metr məsafəyə qaçışda dünya rekordunu təzələyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Fişer məsafəni 7 dəqiqə 22,91 saniyəyə qət edərək yeni rekord müəyyən edib. O, 2023-cü ilin fevralından bəri Efiopiyalı Lameç Girmanın 7 dəqiqə 23,81 saniyəlik rekordunu qırıb. Yarışlarda ikinci yeri amerikalı Koul Hoker tutub. O da əvvəlki dünya rekordundan yüksək nəticə göstərib – 7 dəqiqə 23,14 saniyə.
Bundan əlavə, ABŞ-də keçirilən yarışların nəticələrinə görə bir mil (1,609 metr) məsafəyə qaçışda da dünya rekordu yenilənib. Bu yeni rekordun sahibi amerikalı Yared Nuquze olub. O, məsafəni 3 dəqiqə 46,63 saniyəyə qət edib.
Comments are closed, but trackbacks and pingbacks are open.