Azərbaycan parataekvondoçusu Türkiyədə bürünc medal qazandı

Azərbaycan parataekvondoçusu Orxan Cəfərov (80 kiloqram) Antalya şəhərində keçirilən Türkiyə Açıq turnirində bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycanı K44 kateqoriyasında təmsil edən idmançı yarışa 1/8 finaldan start verib. Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də, yarımfinalda mübarizəni dayandırıb və 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More