Bakıda yaşayış binasında YANĞIN: 9 nəfər sakin təxliyə edildi – Xəsarət alan var

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 9-da saat 09:00-da Bakı şəhəri, Yasamal rayonu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən 58 yaşlı şəxs (cinsi qadın) saidin açıq yarası və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub”.

Aləmdə Nəsib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində səkkizmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan üçotaqlı mənzilin bir otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 25kv.m. sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 9 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Bakıda yaşayış binasında yanğın olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Əhəd Əhmədov – Məhəmməd Xiyabani küçələrinin kəsişməsində, Dairəvi yolun kənarında yerləşən binada yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın söndürülüb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More