Messi və Suaresin qolları “İnter Mayami”yə qələbə qazanmağa kömək etdi

San-Pedro-Sula (Honduras) şəhərində ABŞ-nin “İnter Mayami” komandası ilə yerli “Olimpiya” arasında yoldaşlıq görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, oyun qonaqların 0:5 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Federiko Redondo Solari, Noa Allen, Rayan Saylor, həmçinin ulduz futbolçular Lionel Messi və Luis Suares qol vurublar. Uruqvaylı eyni zamanda, Messinin qoluna məhsuldar ötürmə ilə də yadda qalıb.

Xatırladaq ki, “İnter Mayami” ilk rəsmi oyununu 19 fevralda “Sportinq Kanzas-Siti” ilə keçirəcək. Növbəti görüş isə 22 fevralda “Nyu-York Siti” ilə baş tutacaq. Bu görüş komanda üçün MLS-in yeni mövsümündə ilk oyun olacaq.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More