Namibiyanın ilk prezidenti vəfat etdi

Müstəqil Namibiya Respublikasının banisi olan 95 yaşlı Sem Nuyoma Vindhukdakı xəstəxanalardan birində vəfat edib.

Oxu.Az xəbər verir ki, hazırkı dövlət başçısı Nanqolo Mbumba bunu Namibiya Prezidenti Administrasiyasının “Facebook” səhifəsində açıqlayıb.

“Dərin kədər və məyusluqla bu səhər, 9 fevral 2025-ci ildə Namibiya xalqına, Afrika qardaşlarımıza və bacılarımıza, bütün dünyaya Namibiya Respublikasının ilk prezidenti və Namibiya millətinin atası, azadlıq uğrunda mübariz və inqilabçı lider Sem Şafişuna Nuyomanın vəfatını bəyan edirəm. O müalicə alırdı. Təəssüf ki, torpağımızın ən igid oğlu xəstəliyə qalib gələ bilmədi,” – deyə bəyanatda qeyd olunub.

Sem Nuyoma 1960-cı ildə Cənub-Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) qurucularından biri olub. Bu milli azadlıq hərəkatı 1990-cı ildə ölkəni irqi ayrı-seçkilik siyasəti aparan Cənubi Afrika Respublikasından ayrılaraq müstəqilliyinə qovuşdurub. Nuyoma 1990-2005-ci illərdə Namibiyanın prezidenti olub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More