“Tottenhem”in baş məşqçisinə erotik saytdan təklif

Böyüklər üçün “Erobella” saytı İngiltərə Liqa Kubokunun yarımfinalının cavab oyununda “Liverpul”a 4:0 hesablı məğlubiyyətdən sonra “Tottenhem”in baş məşqçisi Ange Postekoqluna əməliyyat meneceri vəzifəsini təklif edib.

Oxu.Az xəbər verir ki, saytın rəhbərliyi bu barədə “X” platformasında açıqlama verib.

“Ange sübut etdi ki, o, bizim platformamıza mükəmməl şəkildə uyğun gəlir”, – deyə bildirilib.

Qeyd edək ki, 59 yaşlı Anqe Postekoqlu 2023-cü ilin iyununda “Tottenhem”in sükanı arxasına keçib. Məşqçinin klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O əvvəllər “Seltik”i çalışdırıb. Yaşıl-ağlar avstraliyalı çalışdırıcı ilə birlikdə iki dəfə Şotlandiya Premyer Liqası və Liqa Kubokunu qazanıb, həm də Şotlandiya kubokunun sahibi olub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More