“Azərişıq” ASC imici ilə bağlı videoçarx paylaşdı

“Azərişıq” ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı təqdim olunub.

Oxu.Az həmin videoçarxı təqdim edir:

“Azərişıq” yaranmasının 10-cu ildönümünü qeyd edir





Xatırladaq ki, “Azərişıq” ASC-nin tarixi Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki “Bakinski dok”da quraşdırılıb. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə, cərəyan alman istehsalı olan “Algemayne” sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatdı.

Bakı elektrik şəbəkəsi 1920-ci ildən etibarən aşağıdakı qurumların tərkibində fəaliyyət göstərib:

– 1929-cu ilə qədər Azneftin “Elektrotok” idarəsinin tərkibində olub;

– 1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə BaŞEŞ Bakı şəhər sovetinin tərkibinə verilib;

– Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1963-cü ildə “Azərenerji” Nazirliyinin tərkibinə verilib;

– 1969-cu ildən 2000-ci ilə qədər Bakı şəhər İcraiyyə Komitəsinin Bakı şəhər İcra hakimiyyətinin tərkibində olub;

– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 14.06.2000-ci ildən 02.01.2002-ci ilə qədər “Bakıelektrikşəbəkə” ASC kimi İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilib;

– 02.01.2002-ci ildən 03.07.2006-cı ilə qədər Türkiyənin “Barmek Holdinq A. Ş.” şirkəti tərəfindən idarə edilib;

– Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. 



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More