Dələduzluq etdiyi üçün axtarışda olan şəxs saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Cavid Dadaşov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirilib.

Verilən məlumata görə, həmin şəxs dörd nəfər rayon sakininin etibarından istifadə edərək onlara yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30 000 manatdan artıq pulunu ələ keçirib. C.Dadaşov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More