Dubayı rekord sayda turist ziyarət edib

2024-cü ildə Dubayı 18.7 milyon xarici turist ziyarət edib ki, bu da əmirliyin yeni rekordudur.

Oxu.Az xəbər verir ki, məlumat Dubay hökumətinin mətbuat xidməti olan “Dubai Media Office” tərəfindən açıqlanıb.

2023-cü ilə nisbətən artım 9 faiz təşkil edib.

“Turizm sektoru inkişafını davam etdirib. 832 hotel müəssisəsində orta doluluq 78% olub ki, bu da 154 mindən çox otaq deməkdir”, – Dubayın vəliəhdi şeyx Həmdan bin Məhəmməd Əl Məktum “X”də yazıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More