Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi saytına haker hücumu olub.
Oxu.Az-ın məlumatına görə, UNEC-in internet resursu hakerlər tərəfindən ələ keçirilib.
Hadisənin təfərrüatı hələ açıqlanmasa da, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Oxu.Az-a bildirilib ki, hazırda saytın geri qaytarılması istiqamətində texniki işlər aparılır.
“İmtahanın vaxtı tələbələrə öncədən göndərilib və bilirlər. Problem yaranarsa, şərait yaradılacaq”, – deyə məlumatda qeyd edilib.
Aləmdə Nəsib
Comments are closed, but trackbacks and pingbacks are open.