İki ildən sonra qazın qiymətində ilk yaşandı

Bu gün Avropada təbii qazın qiyməti birja hərracları zamanı min kubmetrə görə 620 dolları ötüb.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, “ICE London” birjasının məlumatları buna dəlalət edir.

Bildirilib ki, 2023-cü il fevralın 7-dən bəri ilk dəfə müvafiq göstərici 620 dolları keçib.

Belə ki, Niderlanddakı TTF habında fevral füçersinin qiyməti min kubmetrə görə 626 dollara qədər yüksəlib.

Xatırladaq ki, Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi 50%-dən aşağı düşərək 49.95% təşkil edir.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More