Məşhur amerikalı müğənni barədə filmin nümayişi ləğv edildi

Yeddi “Qremmi”, eləcə də “Oskar” və “Qızıl Qlobus” mükafatları qazanmış amerikalı mərhum müğənni Prins (əsl adı Rocer Nelson – red.) barədə çəkilən film nümayiş olunmayacaq.

Oxu.Az “Times”a istinadən xəbər verir ki, ifaçının varisləri doqquz saatlıq “Prinsin malikanəsi” filmindən şikayət ediblər. Onların fikrincə, filmin müəllifləri müğənninin həyatının müəyyən mərhələlərini sensasiyaya çevirmək istəyirlər.

Bildirilir ki, kinorejissorlara ulduzun arxivinə giriş imkanı vermək üçün milyonlarla dollar xərclənib, lakin filmin “kifayət qədər müsbət” olmadığı üçün nümayişi qadağan edilib. Filmdə ulduzun öz valideynləri ilə çətin münasibəti, uzun illər danışmadığı sevgi macəraları və oğlunun ölümünə diqqət yetirilir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More