Mauro İkardiyə “Qalatasaray”dan BƏD XƏBƏR

“Qalatasaray” klubunun argentinalı ulduz futbolçusu Mauro İkardi zədə səbəbindən mövsümün qalan hissəsi üçün iştirak ərizəsindən çıxarılıb.

Oxu.Az xəbər verir ki, ulduz futbolçunun adı UEFA Avropa Liqasının iştirak ərizəsində qeyd olunsa da, Türkiyə Superliqasında forma geyinmək şansı qalmayıb.

Buna səbəb Maruo İkardinin zədəsi və bu gün reallaşacaq Françovski transferidir.

Belə ki, heyətini polşalı futbolçu ilə gücləndirən “Qalatasaray” legioner futbolçu limiti üzündən Mauro İkardini iştirak ərizəsinə daxil etməyəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə görüşdə zədələnən Mauro İkardi uzun müddətdir yaşıl meydanlardan uzaq qalıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More