Qazaxıstanlı 16 yaşlı gənc İngiltərə nəhəngində

Qazaxıstanın “Kayrat” klubu komandanın 16 yaşlı hücumçusu Dastan Satpayevin İngiltərə təmsilçisi “Çelsi”yə transfer olunduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, Satpayev 2026-cı ilin yayında yetkinlik yaşına çatdıqdan sonra London klubunun sıralarına qoşulacaq.

Həmin vaxta qədər gənc forvard “Kayrat”da çıxışını davam etdirəcək.

2024-cü ilin mayında Satpayev 15 yaşında “Kayrat”ın əsas komandasında debüt edib və klub tarixinin ən gənc oyunçusu olub. Ötən mövsüm o, 5 oyun keçirib və bir qol vurub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More