Sürücülərin NƏZƏRİNƏ: Bakıda bir yolda məhdudiyyət tətbiq olunur

Akademik Həsən Əliyev küçəsi – metronun “Koroğlu” stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, tikinti işlərinə uyğun olaraq, ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.

“Bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur”, – deyə məlumatda qeyd olunub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More