ABŞ Prezidenti Donald Trump fələstinlilərin İsrail ilə münaqişənin başa çatmasından sonra Qəzza zolağına qayıtmalarının səhv olacağını iddia edir.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bunu öz təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.
“Məncə, fələstinlilərə, Qəzza sakinlərinə qayıtmağa icazə vermək böyük səhvdir. HƏMAS-ın qayıtmasını istəmirik. Mən bu barədə böyük daşınmaz əmlak obyekti haqqında düşündüyüm kimi düşünürəm. Yaxın Şərqə sabitlik gətirəcəyik” , – deyə D.Tramp bildirib.
Birləşmiş Ştatların lideri əlavə edib ki, Qəzza zolağı tamamilə dağılıb, bu yer qaydaya salınacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.