ABŞ biznesmenləri xarici ölkələrin məmurlarına rüşvət verə biləcəklər – Trampdan əmr

ABŞ Prezidenti Donald Tramp Ədliyyə Departamentinə amerikalıların biznesdə faydalanmaq üçün xarici ölkələrin dövlət məmurlarına rüşvət verməsini qadağan edən antikorrupsiya qanununun icrasını dayandırmağı əmr edib.

Oxu.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Ölkənin yeni administrasiyası hesab edir ki, antikorrupsiya qanunu ABŞ şirkətlərini xaricdə rəqabət üstünlüyündən məhrum edib.

Prezident Oval Ofisdə ABŞ-nin baş prokuroru Pem Bondiyə 1977-ci il Xarici Korrupsiya Təcrübələri Aktının icrasını dayandırmağı əmr edən sərəncam imzalayıb.

“ABŞ-nin milli təhlükəsizliyi ölkədəki şirkətlərin bütün dünyada strateji kommersiya üstünlükləri əldə etməsindən asılıdır. Prezident Tramp isə ABŞ şirkətlərini daha az rəqabətədavamlı edən həddən artıq güc tətbiqinə son qoyur”, – Ağ Evin bəyanatında bildirilir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More