“Apple” 18 illik özəlliyindən imtina edir

“Apple” şirkəti özünün ən ucuz smartfon modeli olacaq “iPhone SE 4″ü bu gün təqdim etməyə hazırlaşır.

Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, orta seqment özəlliklərinə malik smartfonun görünüşü internetə sızdırılıb.  

Yeni telefonlarda “Home” düyməsi artıq olmayacaq. “Apple” sözügedən düyməni ilk dəfə 2007-ci ildə bazara çıxardığı “iPhone” modelində tətbiq etmişdi. 

2012-ci ildə çıxan “iPhone 5S” ilə birlikdə “Home” düyməsi “Touch ID” (barmaq izi sensoru) ilə təchiz edildi. Lakin “Apple” 2017-ci ildə təqdim edilən “iPhone X”da üztanıma sisteminə (“Face ID”) keçərək “Home” dünyasını ləğv etdi.

Şirkət “iPhone SE” modelində  (2022-ci il) sonuncu dəfə olaraq “Touch ID” və “Home” düyməsinə yer verdi. Yeni “iPhone SE” modelində (2025-ci il) yalnız “Face ID” olacaq  və barmaq izi sensoru tətbiq edilməyəcək.  Bununla da şirkət “iPhone SE 4” modeli ilə 18 illik özəlliyindən imtina edir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More