Azərbaycan millisinin ukraynaəsilli yarımmüdafiəçisi “Sabah”ın əvəzedici komandasına göndərilib

“Sabah” futbolçusu Anatoli Nuriyevi əvəzedici heyətə göndərib.

Oxu.Az xəbər verir ki, vaxtilə milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan 28 yaşlı ukraynaəsilli yarımmüdafiəçi “Sabah-2” də forma geyinib.

O, Əvəzedicilər Liqasının XXII turunda “Turan Tovuz-2” ilə görüşün start heyətində çıxıb. Anatoli 59-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Bakı təmsilçisi ev oyununda 5:0 hesablı qələbə qazanıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More