Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsi bağlandı

Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsi bağlanıb.

Oxu.Az xəbər verir ki, 2024/2025-ci illər mövsümünün ikinci transfer dövrü fevralın 10-da başa çatıb.

Klublar keçidləri dünən saat 23:59-dək gerçəkləşdirmək hüququna malik olub. Bu ilin yanvarın 14-də açılan transfer pəncərəsi 28 gün davam edib.

Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) tərəfindən müəyyənləşdirilmiş transfer dövrü bitdikdən sonra klublar yalnız azad agent statuslu futbolçuları heyətinə qata bilərlər.

Bu müddət ərzində gələn və gedən futbolçların siyahısı:

“Qarabağ”

Gələnlər: Kadi Borges (“Ferentsvaroş”, Macarıstan)

Gedənlər: Olavio Juninyo (“Flamenqo”, Braziliya”), Julio Romao (“Ferentsvaroş”, Macarıstan)

“Araz-Naxçıvan”

Gələnlər: Əyyub Allaş (“Şerif”, Moldova)

“Turan Tovuz”

Gələnlər: Rəhim Sadıxov (“Sumqayıt”), Anton Kraçkovski (“Dinamo Mahaçqala”, icarə), Orxan Əliyev (“Kəpəz”), Kauan Martins De Paula (“Brera Strumitsa”, Şimali Makedoniya), Joarlem Batista Santos (“Çaves”, Portuqaliya), Hayderson Hurtado, (“Yablonets”, Çexiya)

Gedənlər: Oto Con (“Al Madina”, Liviya), Sadiq Şəfiyev (“Kəpəz”, icarə)

“Zirə”

Gedənlər: Abbas İbrahim

Müqavilə müddətini artıranlar: Salifu Suma, İssa Cibrilla

“Sabah”

Gələnlər: Stas Pokatilov (“Tobol”, Qazaxıstan), Umarali Raxmonaliyev (“Rubin”, Rusiya)

Gedənlər: Elvin Camalov (“Neftçi”), Oluvaseun Timilehi (“İmişli”, icarə)

“Sumqayıt”

Gələnlər: Momo Yansane (“Torpedo Kutaisi”, Gürcüstan), Ronaldo Vaskes (“Quabira”, Boliviya)

Gedənlər: Fernando Medeiros, Rəhim Sadıxov (“Turan Tovuz”), Kristian Velinovski, Nikola Vuynoviç, Cordan Rezabala

Müqavilə müddətini artıranlar: Vaqif Cavadov (baş məşqçi)

“Şamaxı”

Gələnlər: Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Murad Vəliyev (“Levadiya”), Vüsal Məsimov (“Səbail”), Andrey Kostin Tırkovyanu (“Pasifik”, Kanada), Mikael Tique Dias Santos (“Hegelmann”, Litva), Alfons Msanqa Mabula (“Novi Sad”, Serbiya), Vladislav Veremeyev (“Yelqava”, Latviya)

Gedənlər: İlkin Muradov (“Səbail”), Giorgi Kantariya, Adil Nağıyev, Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Conatan Benteke, Emin Zamanov

Müqavilə müddətini artıranlar: Edqar Adilxanov, Arsen Ağcabəyov

“Neftçi”

Gələnlər: Ryonosuke Ohori (“Transinvest”, Litva), Elvin Camalov (“Sabah”) , Bassala Sambu (“Enosis Neon Paralimni”, Kipr)

Gedənlər: Mark Tamaş, Kilan Lebon

“Kəpəz”

Gələnlər: Rati Ardazişvili (“Samtredia”, Gürcüstan), Şervoni Mabatşoev (“İstiklol”, Tacikistan), Trent Buhagiar (“Breşiya”, İtaliya), Sadiq Şəfiyev (“Turan Tovuz”, icarə)

Gedənlər: Orxan Əliyev (“Turan Tovuz”), Mahir Həsənov (icarə, “Difai”), Lassana Ndiaye, Redon Mihana, Viktor Braqa

“Səbail”

Gələnlər: İlkin Muradov (“Şamaxı”), Marko Nikoliç (“Turan”, Qazaxıstan), Mirabdulla Abbasov, İnnosent Nşuti

Gedənlər: Vüsal Məsimov (“Şamaxı”), Gülağa Əsədov (“Mingəçevir”).



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More