Emin Mahmudov adını “Neftçi”nin tarixinə yazdırdı

“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub.

Oxu.Az xəbər verir ki, 650-ci qol isə Emin Mahmudovun adına yazılıb.

O, Azərbaycan Premyer Liqasının XXII turunun “Zirə” ilə görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.

Qeyd edək ki, ölkə çempionatlarında yalnız “Qarabağ” səfərdə daha çox qol vurub – 660 top.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More