Super Liqa klublarından “Fənərbağça” yeni transferin keçidindən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Məlumata görə, Qabriel Souza da Silvanın sağ ayağında zədə aşkarlanıb. Bu səbəblə 20 yaşlı futbolçu mütləq əməliyyat olunmalıdır.
Braziliyalı əməliyyat olarsa, 8-10 ay meydanlardan uzaq qalacaq. “Fənərbağça” tibbi müayinədən keçə bilmədiyi üçün oyunçu ilə müqavilə imzalamaqdan vaz keçib.
Comments are closed, but trackbacks and pingbacks are open.