İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər

İtaliyada telefon fırıldaqçıları iri sahibkarlardan və korporasiya rəhbərlərindən külli miqdarda pul qoparmaqdan ötrü ölkənin müdafiə naziri Quido Krozettonun səsini təqlid ediblər.

Oxu.Az “Euronews” telekanalına istinadla xəbər verir ki, İtaliyanın bir sıra ən zəngin insanları Q.Krozettonun və onun əməkdaşlarının adından təqribən bir milyon avronu Honkonqdakı bank hesabına köçürmək xahişi ilə telefon zəngləri alıblar.

Pullar guya Yaxın Şərqdə oğurlanmış italyan jurnalistlərin azad edilməsi üçün tələb olunan məbləğin ödənilməsinə xərclənməli idi.

Zəng edilənlərin siyahısında “Pirelli”nin rəhbəri Marko Tronketti Provera, iri investor Dieqo Della Valle, dizayner Corcio Armani, “Prada”nın baş direktoru Patritsio Bertelli, həmçinin “İnter” futbol klubunun keçmiş prezidenti Massimo Moratti var.

Milan prokurorluğu fakt üzrə təhqiqat aparır.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More