Mask nazirliyi təxminən bir milyard dollarlıq müqavilələrdən MƏHRUM ETDİ

Sahibkar və milyarder İlon Maskın başçılıq etdiyi Hökumət Səmərəliliyi Departamenti (DOGE) Birləşmiş Ştatların Təhsil Nazirliyinin ümumi dəyəri 881 milyon dollar olan müqavilələrinin ləğv edildiyini elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə DOGE-nin “X” sosial şəbəkə səhifəsində məlumat verilib.

Bildirilib ki, bu gün Təhsil Nazirliyi 881 milyon dollar dəyərindəki 89 müqaviləni ləğv edib.

Departament müqavilələrin ləğvini onların bir çoxunun dəyərinin nəzərəçarpacaq dərəcədə qəsdən şişirdilməsi ilə əsaslandırıb.

Həmçinin müxtəliflik, bərabərlik və inklüzivlik siyasəti çərçivəsində reallaşdırılan qrantlar xeyli azaldılıb. Hökumət Səmərəliliyi Departamenti 101 milyon dollar məbləğində 29 qrantı dayandırıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More