Maskın sərvəti “əriyir”

Milyarder və iş adamı İlon Maskın sərvəti 2025-ci ildə ilk dəfə 400 milyard dollardan aşağı düşüb.

Oxu.Az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, İ.Maskın sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin ötən ilin dekabrından bu günə kimi 27 faiz dəyər itirməsi sərvətin azalmasına təsir edib.

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra milyarderin sərvəti 2024-cü il dekabrın 17-də 486.4 milyard dollara çataraq tarixi rekord müəyyənləşdirmişdi.

Qeyd edək ki, “Tesla”nın səhmləri və opsiyonları (müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən törəmə maliyyə aləti (qiymətli kağızlar) İ.Maskın sərvətinin 60 faizdən çoxunu təşkil edir.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More