Müğənni Dəniz Əsədova AXTARIŞA VERİLDİ

Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən axtarış elan olunub.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30-a təyin edilmiş iclasda iştirak etməyib və məhkəmədən yayınıb.

Dəniz Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı vəkil Asim Abbasovun vəsatəti təmin edilib. Məhkəmənin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.

Qeyd edək ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilib.

Məlumata görə, Dəniz Əsədova daha əvvəl də dələduzluq və vətəndaşlara böhtan atdığı üçün Cinayət Məcəlləsinin 178-ci və digər maddələri ilə məhkum edilib.

Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirilən şəxs olduğu 4 ayrı-ayrı cinayət işi var.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More