Onurğanı qorumaq üçün ağır yüklər düzgün şəkildə necə qaldırılmalıdır? – Mütəxəssisdən tövsiyə

“Yaş keçdikcə bədən travmalara qarşı daha həssas olur. Toxumaların qan təchizatı azalır, fəqərəarası disklərin möhkəmliyi və elastikliyi azalır. Osteoporoz (sümük toxumasının sıxlığının azalması) riskləri də artır, bəzən fəqərənin sınması üçün sadəcə büdrəmək və ya ağır çanta qaldırmaq kifayət edir”.

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı osteopat həkim Dmitri Simkin xəbərdarlıq edib.

Onun sözlərinə görə yaşlı vaxtda ağırlıqları iki əldə daşımaq lazımdır – bu yükün bədəndə bərabər paylanması üçündür.

“Yükü götürərkən başı həddindən artıq aşağı salmaq olmaz – belə etməklə onurğanın boyun nahiyəsinin aşağı hissəsində fəqərəarası disklərə zədə vura bilərsiniz. Ağırlığı qaldırmadan əvvəl onu ayaqlarınızın arasında qarşınızda yerləşdirin və maksimum yaxınlaşın. Qaldırarkən onurğaya deyil, məhz ayaqlara güc verin. Bel əzələlərində həddindən artıq gərginlikdən qaçmaq vacibdir, çünki sıxılma zamanı onlar onurğanı sıxacaq. Bunun üçün qaldırma zamanı qarın əzələlərini gərməyə çalışın. Bu bədənə əlavə dəstək verəcək və onurğadan artıq yükü götürəcək. Bel korseti istifadə etmək olar. O, beli yükdən azad etməyə kömək edir”, – deyə həkim əlavə edib.

Həkim bildirib ki, yaş keçdikcə əksər insanlarda bütün həyat boyu “toplanmış” travmalar, iltihablar, cərrahi müdaxilələr nəticəsində yaranan çoxsaylı birləşdirici toxuma gərginlikləri səbəbindən bədən asimmetriyası müşahidə olunur.

“Bu gərginliklər əzələlərin gərginliyi ilə kompensasiya olunur ki, bu da öz növbəsində onurğaya olan yükü artırır. Ağırlıq qaldırarkən bütün bunlar protruziya, yırtıq və onurğa sütununun sınıqları riskini artırır”, – deyə Simkin izah edib.

Mütəxəssis vurğulayıb ki, travma  olanda kəskin ağrı varsa, təcili yardım çağırmaq və sınığı istisna etmək üçün rentgen etdirmək daha yaxşıdır.

“Mülayim ağrı sindromu zamanı isə uzanıb istirahət etməyə çalışın”,  – deyə həkim sözlərini yekunlaşdırıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More