Polşada nadir qara canavarlar görüntüləndi

Polşada meşə massivlərindən birində nadir qara canavarlar görüntülənib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN nəşri məlumat verib.

“Bu, nədirsə, yeni və qeyri-adi bir şeydir”, – deyə “SAVE Wildlife Conservation Fund Poland” layihəsinin koordinatoru Coanna Toçidlovskaya bildirib.

Məlumata görə, ekspertin qunduzları araşdırmaq üçün quraşdırdığı kameraya çayı keçmək istəyən qara canavarlar düşüb.

Polşada 13 ildir canavarların müşahidəsi ilə məşğul olan Təbiəti Mühafizə Təşkilatı canavarları brakonyerlərdən qorumaq üçün meşənin yerini açıqlamır.

Polşadakı 2 500-3 000 canavardan əksəriyyəti üzərində kürən və ya qara çalarların da olduğu boz rəngli canavarlardır. Qara xəz isə minlərlə il əvvəl əhliləşdirilmiş itlərdə baş verən genetik mutasiyanın nəticəsidir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More