Rusiya qazının “Türk axını” boru kəməri ilə Slovakiyaya tədarükü bərpa edildi

“Türk axını” boru kəməri ilə Rusiya qazının Slovakiyaya tədarükü bərpa edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso öz “Facebook” səhifəsində məlumat verib.

“Rusiya qazı “Türk axını” boru kəməri vasitəsilə Slovakiyaya daxil olmağa başlayır. Bu, Rusiya və Türkiyənin birgə səyləri nəticəsində mümkün olub və buna görə onlara təşəkkür etmək lazımdır”, – deyə Fitso qeyd edib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın “Qazprom” şirkətinin fevralın 1-dən “Türk axını” qaz kəməri ilə Slovakiyanın ən böyük enerji operatoru olan SPP-yə qaz tədarük etməyə başladığı bildirilmişdi.

Xatırladaq ki, bu ilin əvvəlindən Slovakiyaya Ukrayna üzərindən qaz tədarükü dayandırılmışdı.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More