Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci il üzrə büdcəsi təsdiq olunub.
Oxu.Az bu barədə şirkətə istinadən xəbər verir.
Bildirilib ki, SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda SOCAR-ın prezidenti Rövşən Nəcəf və vitse-prezidenti Zaur Qurbanovun təqdimatı ilə şirkətin 2025-ci il üzrə büdcə layihəsi müzakirə edilib.
Müzakirələrdən sonra sənəd təsdiq olunub.
İclasda, həmçinin gündəlikdə olan digər məsələlər müzakirə edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.