Sumqayıtda ağır yol qəzasında dörd nəfər YARALANDI

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən məlumat verir ki, şəhərin Sahil küçəsində “Opel” və “Renault” markalı avtomobillər toqquşublar.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb, yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997-ci il təvəllüdlü 3 şəxs (cinsi kişi) və 1987-ci il təvəllüdlü 1 şəxs (cinsi qadın) hospitalizasiya olunublar.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More