Superboula rekord sayda tamaşaçı baxıb

ABŞ-də Amerika futbolu üzrə çempionatın finalına, yəni Superboula rekord sayda insan baxıb.

Oxu.Az “İnterfax” agentliyinə istinadla xəbər verir ki, “Nielsen” araşdırma şirkətinin və “Fox” telekanalının ilkin məlumata görə, final matçına 126 milyon nəfər baxıb.

Belə ki, bazar ertəsinə keçən gecə keçirilmiş oyuna “Fox” telekanalında 111,5 milyon, “Tubi” ödənişsiz striminq servisində 13,6 milyon, Milli Futbol Liqasının öz platformasında isə 800 min tamaşaçı baxıb.

Xatırladaq ki, çempionluq matçının qalibi “Kanzas Siti Çifs”i 44-22 hesabı ilə məğlub edən “Filadelfiya İqlz” olub.  



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More