Tramp HƏMAS-a ultimatum verdi

ABŞ Prezidenti Donald Tramp HƏMAS-dan bütün girovları fevralın 15-i günortaya qədər buraxmağı tələb edib.

Oxu.Az xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada deyib.

O, əks halda Qəzza zolağında atəşkəs rejiminin pozulacağını və HƏMAS-ı cəhənnəm gözlədiyini vurğulayıb.  

Xatırladaq ki, HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan israilli girovların yeni qrupunun azad edilməsi prosesini təxirə salıb. Bu qrupun fevralın 15-də evlərinə qayıtması nəzərdə tutulurdu, lakin İsrailin atəşkəs sazişini pozmasını əsas gətirən HƏMAS razılaşmanın növbəti mərhələsini icra etməkdən imtina edib. 

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More