Yunanıstandan Ermənistana S-300 zenit-raket komplekslərinin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Yunanıstanın Milli Müdafiə Naziri Nikos Dendias, Ermənistana “S-300” zenit-raket komplekslərinin verilməsi ilə bağlı planların olduğunu iddia edən məlumatları təkzib edib.

Oxu.Az-ın erməni mənbələrinə istinadən bildirdiyinə görə, Dendias, 2024-cü ilin dekabr ayının ortalarında “Yunan həlli” partiyasının lideri Kiriakos Velopulosun parlament sorğusuna cavab verib.

“Müvafiq suala cavab olaraq bildirirəm ki, zenit silah sistemlərinin üçüncü ölkələrə verilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib. Hər halda, Müdafiə Nazirliyinin siyasətində əsas meyar Yunanıstan ərazisinin hər hansı bir nöqtəsində ölkənin müdafiə qabiliyyətinin tam şəkildə qorunub saxlanılmasıdır”, – Dendias bildirib.

Xatırladaq ki, daha əvvəl enikos.gr portalı Yunanıstanın Ermənistana “S-300”, “TOR-M1” və “Osa-AKM” zenit-raket komplekslərini təhvil verəcəyi barədə məlumat yayıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More