Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə beş oyunluq cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna I Liqanın XIII turunda “Mingəçevir”lə matçın 75-ci dəqiqəsində onun həkimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. Bakı klubu həkiminin hərəkətinə görə 400 manat cərimələnib.
Qeyd edək ki, AFFA sözügedən matçın 76-cı dəqiqəsində qeyri-etik ifadələrə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra, hakimləri təhqir etməyə davam edən “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimovu da cəzalandırıb. O, 4 oyunluq cəzalandırılıb. Bununla yanaşı, klub 300 manat cərimələnib.
Comments are closed, but trackbacks and pingbacks are open.