Ötən gün – fevralın 11-də Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli özünün “X” hesabında ABŞ-ın Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri, dünyaca məşhur biznesmen İlon Maska çağırış edərək, onu USAID-in Azərbaycandakı “qara əməliyyatları”nı araşdırmağa dəvət edib.
Paylaşımda satirik eyhamla deyilir: “Eyy, İlon Mask! DOGE-a USAID-in Azərbaycandakı fəaliyyətində ABŞ vergi ödəyicilərinin pullarının necə havaya sovrulduğunu təftiş etməyi tapşır”.
Oxu.Az xəbər verir ki, bu paylaşım ötən gecə sosial mediada Azərbaycan QHT-lərinin böyük rezonansına səbəb olub və qısa müddətdə geniş kampaniyaya çevrilib. Azərbaycanın çoxsaylı QHT fəalları da “X”də İlon Maska oxşar çağırışlar ediblər. Onlar “əcəl”in bu dəfə USAID-in Bakı ofisinin qapısına çatmasına işarə edərək, İlon Maskı “USAID-in əzrayılı” qiyafəsində təsvir ediblər.
Ümumilikdə, kampaniya çərçivəsində QHT fəallarının paylaşımları “X”də 120 mindən çox istifadəçi auditoriyasına çatıb və “USAID” həştəqi ölkə trendinə düşüb.
Kampaniyada bu “mem”lərdən də istifadə geniş istifadə olunduğu müşahidə edilib:
Comments are closed, but trackbacks and pingbacks are open.