ABŞ-də insan alveri və cinsi istismar ittihamı ilə təqsirləndirilən məşhur reper Diddi (əsl adı – Şon Kombs) daha bir qalmaqalın mərkəzində yer alıb. Belə ki, dördüncü kişi reperə qarşı zorlama və cinsi təcavüz ittihamları irəli sürüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə TMZ öz mənbələrinə istinadla xəbər verib.
“Bad Boy Records”un qurucusuna qarşı naməlum şəxs məhkəməyə müraciət edib və Diddinin onu zorladığını iddia edir”, – deyə mənbədən bildirilib.
Bundan əvvəl daha üç kişi reperi zorlama ittihamı ilə günahlandırıb.
İddiaçılar bildirirlər ki, Diddi onların içkilərinə müəyyən dərmanlar qatıb, daha sonra kişilərin köməksiz vəziyyətindən istifadə edib. Zorlama ilə yanaşı, reper döymə və qanunsuz azadlıqdan məhrum etmədə də ittiham olunur.
Hadisələr 2019-2022-ci illər arasında baş verib.
Comments are closed, but trackbacks and pingbacks are open.