Əməkdar rəssam Şamil Buksayev vəfat etdi

Əməkdar rəssam Şamil Buksayev dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

Qeyd olunub ki, o, akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin memarı olub. Rəssam yaradıcılığında monumental rəngkarlıqla yanaşı, dizayn və memarlıq sənətinə də xüsusi yer verib.

Şamil Buksayev beynəlxalq biennale, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More