Türkiyə millisinin sol cinah müdafiəçisi Eren Elmalı “Qalatasaray” klubunda illik 45 milyon Türkiyə lirəsi qazanacaq.
Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, “Qalatasaray” müdafiəçinin keçidi üçün “Trabzonspor” klubuna 129 milyon 717 min Türkiyə lirəsi ödəniş edib.
Eren Elmalı “Qalatasaray” klubu ilə üç illik müqavilə imzalayıb. Futbolçunun maaşı “sarı qırmızılar”da çıxış etdiyi hər mövsüm üçün 10 milyon dəyərində artacaq.
Belə ki, Eren Elmalı 2028-2029 mövsümdə də İstanbul nəhəngində qalacağı təqdirdə maaşı 75 milyon avro olacaq.
Qeyd edək ki, Eren Elmalı bu mövsüm 23 rəsmi oyunda meydana çıxıb və cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb.
Comments are closed, but trackbacks and pingbacks are open.