“Liverpul”un Çempionlar Liqasında qazancı məlum oldu

Çempionlar Liqasının ümumi mərhələsini birinci yerdə başa vuran “Liverpul” bu günə kimi bütün digər klublardan daha çox – 56,2 milyon avro qazanıb.

Oxu.Az xəbər verir ki, bu barədə AS məlumat verib.

Qeyd olunur ki, “Barselona” ikinci yerdədir və 54,5 milyon avro qazanıb. “Real Madrid” (11-ci yer) klubun büdcəsini 37,27 milyon avro artırıb və Çempionlar Liqasının 1/8 finalına çıxarsa, onlar da digər komandalar kimi daha 11 milyon avro qazanacaqlar.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More