Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası ərazisində mənzillərə verilən qazın tez-tez artıb-azalması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, Seyid Əzim Şirvani küçəsi, 31 ünvanında 15 gündən çoxdur ki, sakinlər qazın kəsilməsi ilə bağlı çətinliklərlə üzləşirlər.
Onların sözlərinə görə, gün ərzində mənzillərə verilən qazın təzyiqinin balanslı olmaması təhlükəli vəziyyətin yaranmasına səbəb olur:
“Qaz açıq olanda baxırıq ki, təzyiq azalıb, bəzən isə tamamilə sönür. Birdən qazın təzyiqi artanda, sönülü vəziyyətdə olduğunu görməsək, hər an qəza baş verə bilər.”
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanlanıb.
Aygün Mirakif
Comments are closed, but trackbacks and pingbacks are open.