Naxçıvan Beynəlxalq Hava Limanında direktor müavini vəzifəsinə təyinat olub.
Oxu.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Salman Məmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktorunun müavini təyin olunub.
Ona həmçinin direktor vəzifəsinin əmək funksiyalarının icrası həvalə edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.