Pentaqon rəhbəri Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını mümkünsüz adlandırıb

“Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmaq cəhdləri real olmayan bir məsələdir”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında bildirib.

“Biz də sizin kimi suveren və firavan Ukrayna istəyirik. Lakin buna, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məsələ olduğunu dərk etməklə başlamalıyıq”, – ABŞ hərbi departamentinin rəhbəri vurğulayıb.

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp birgə səylərlə sülhə nail olmağa ümid edir.

Bundan əlavə, ABŞ hökuməti böhranın nizamlanması nəticəsində Ukraynanın NATO-ya daxil olmasını qeyri-real hesab edir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More