Pep Qvardiola antirekordunu TƏKRARLADI

“Mançester Siti” 2024/25 mövsümündə ümumilikdə 12-ci məğlubiyyətini alıb.

Oxu.Az xəbər verir ki, İngiltərə klubu Çempionlar Liqasının pley-offunun ilk oyununda “Real Madrid”ə 2:3 hesabı ilə məğlub olub.

Bu, Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın karyerasının antirekordunun təkrarıdır.

Belə ki, ispaniyalı mütəxəssis yalnız 2019/20 mövsümündə bu qədər məğlubiyyətə üzülüb. O, həmin uğursuzluğu da “şəhərlilər”lə yaşayıb.

Qeyd edək ki, “Mançester Siti” cari mövsümdə Çempionlar Liqasında 4, Premyer Liqada 7, İngiltərə Liqa Kubokunda bir dəfə məğlub olub.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More