“Qalatasaray” – “Adana Dəmirspor” matçının VAR hakimi Superliqadan uzaqlaşdırıldı

Türkiyə Superliqasının XXIII turundakı “Qalatasaray” – “Adana Dəmirspor” oyununun VAR hakimi Yakob Sundberq artıq çempionat oyunlarına təyinat almayacaq.

Oxu.Az “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar çıxarıb.

TFF danimarkalı referiyə bir daha etimad göstərməyəcəklərini bildirib.

Qeyd edək ki, “Adana Dəmirspor” ilk hissədə oyunu yarımçıq tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More