Rusiyanın Saxalin adasında 300 balıqçı sahildən ayrılan buzun üstündə qalıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Xidməti xəbər yayıb.
Bildirilir ki, hadisə yerinə xilasedicilər, texniki vasitələr və “Mi-8” helikopteri göndərilib.
Hazırda Rusiya FHN əməkdaşları buzlaq üzərində ilişib qalan balıqçılardan azı 109 nəfərini xilas ediblər: 44 nəfər “Mi-8” helikopteri ilə buzlaqdan götürülüb, daha 65 nəfər isə qayıqlarla təxliyə edilib.
Lakin balıqçılardan bəziləri ovlarını götürmədən təhlükəli zonadan çıxmaqdan imtina edirlər. Rusiya FHN-nin xilasediciləri onları həyatlarının təhlükədə olduğuna inandırmağa çalışırlar, lakin balıqçılar inadkarlıq edirlər.
Comments are closed, but trackbacks and pingbacks are open.